Şəmkirdə məktəbdə baş verənlərlə bağlı araşdırma günün ikinci yarısında yekunlaşacaq AÇIQLAMA
"Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş verən hadisə ilə bağlı araşdırmalar davam edir". Bu barədə SİA-ya Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Kənan İbrahimov məlumat verib.
Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyinin məsul şəxsləri həmin məktəbdədirlər: "Təhsil Nazirliyinin Gəncə Təhsil İdarəsinin İnsan resursları şöbəsinin əməkdaşı Ceyhun Mirzə hadisənin araşdırılması üçün rayona ezam edilib. Araşdırmanın nəticələri günün ikinci yarısında tam yekunlaşacaq. Hazırda Təhsil Nazirliyinin üzərinə düşən vəzifə məsələyə təhsil tərəfindən yanaşmaqdan ibarətdir. Araşdırma işləri yekunlaşdıqdan sonra qəbul olunacaq qərara əsasən direktorun təhsildən uzaqlaşdırılması və ya işdən azad olunması məsələsi öz həllini tapacaq. Amma cinayət məsuliyyətinə cəlb edilmə və digər məsələlər daxili işlər orqanının üzərinə düşən məsələlərdir".
Qeyd edək ki, M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində əvvəllər laborant işləmiş Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında bir sıra ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor onlardan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və buna görə işdən çıxarıldığını deyib. O, mətbuatda keçmiş laborant barəsində bir sıra nalayiq ifadələr də işlədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB