Tam orta məktəblərdə təmayülləşmə ilə bağlı geniş tədbirlər həyata keçiriləcək
2017-2018-ci tədris ilində tam orta məktəblərdə təmayülləşmə ilə bağlı geniş tədbirlər həyata keçiriləcək. Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Əhliyyət Adıgözəlov AZƏRTAC-a bildirib ki, hazırda bununla əlaqədar məqsədyönlü hazırlıq işləri aparılır.
Təmayülləşmənin tətbiq olunduğu məktəblərdə şagirdlər X və XI siniflərdə seçdikləri ixtisasa uyğun təmayül siniflərində təhsillərini davam etdirəcəklər.
Tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihənin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Hazırda təmayülləşmə 182 məktəbi əhatə edir. Təmayüllər dörd istiqamət (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) üzrə təşkil olunub. Azərbaycan dili, ədəbiyyat, riyaziyyat və Azərbaycan tarixi fənləri bütün təmayülləşmədə tədris edilir. Təmayül siniflərində digər fənlər müvafiq ixtisas qrupuna uyğun olaraq müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB