BANM-ın Prezident təqaüdçüsü: “Dünya səyahətinə çıxmaq istərdim”

BANM-ın Prezident təqaüdçüsü: “Dünya səyahətinə çıxmaq istərdim”

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin "BANM-ın prezident təqaüdçülərinə 10 sual" layihəsində sualları BANM-ın Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsi Şahlar Əlizadə cavablandırır.

Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin

- Mən 1999-cu ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olmuşam. 1-ci Şahsevən kənd orta məktəbini bitirmişəm. Həmin il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanını uğurla verərək Bakı Ali Neft Məktəbinə qəbul olmuşam. BANM-ın Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsiyəm, Prezident təqaüdçüsüyəm.

- İmtahan geridə qadı, indi həmin dövrlə bağlı hansı təəssüratarınızı bizimlə bölüşə bilərsiniz

- Mənim üçün çox çətin bir dövr idi, hədsiz dərəcədə yorulurdum, amma buna baxmayaraq, mən öz məqsədimə çatmaq üçün çox oxumalıydım. Ailəmin və sevdiklərimin mənə olan inamını doğrultmalıydım.

- Nə qədər bal topladınız?

- 686 bal toplamışam.

- Niyə məhz BANM-ı seçdiniz?

- Mənim uşaqlıqdan məqsədim savadlı mühəndis olmaqdır və BANM mənim uçun ən dəyərli ali təhsil ocağı olub, məhz ona görə mən BANM-da təhsil almağı seçdim və inanıram ki, heç vaxt peşman olmayacam.

- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

- Ailəmin oxumağımdakı rolu əvəzedilməzdir, onlar həmişə mənə dəstək olublar, mən əgər bu gün arzuladığım Ali Məktəbdə təhsil alıramsa, bu məhz onların sayəsindədir. Ömrüm boyunca onlara minnətdaram.

- Ən böyük arzunuz?

- Ali Məktəbi əla qiymətlərlə bitirib ölkəmi xarici ölkələrdə tanıtmaq, yeni layihələr hazırlayıb daha da yüksəlmək və savadlı bir mütəxəssis olmaqdır.

- İxtisasınız haqqında nə demək istərdiniz?

- Mən neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıram. Ümid edirəm ki, gələcəkdə savadlı bir mühəndis olacam.

- Hobbiniz nədir?

- Ən böyük hobbim kinoya baxmaqdır.

- Başqa hansı maraqlarınız var?

- Velosiped sürməyi çox xoşlayıram. Eyni zamanda, dünya səyahətinə çıxmaq mənim üçün çox maraqlıdır, bunu reallaşdırmaq istərdim.

- Hansı janrda kitabları oxuyursunuz?

- Janrından asılı olmayaraq kitab oxumağı sevirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə