Təhsil naziri Mikayıl Cabbarov yanvarın 16-da saat 11.00-da Şirvan şəhərindəki Mədəniyyət Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.
Qəbulda həmin rayonlarda və şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, qəbula gəlmək istəyənlər yanvarın 9, 10, 11, 12 və 13-də bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB