ADPU-da imtahan sessiyasının monitorinqi aparılıb

ADPU-da imtahan sessiyasının monitorinqi aparılıb

Yanvarın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-2017-cı tədris ilinin payız semestri imtahan sessiyasının monitorinqi aparılıb.

SİA-nın verdiyi məlumata görə, ADPU-nun rektoru, professor Cəfər Cəfərov universitetdə imtahanların təşkili barədə məlumat verib.

Rektor qeyd edib ki, imtahan sessiyasının Təhsil Nazirliyinin hüquqi-normativ aktlarına uyğun şəffaf, obyektiv və müvəffəqiyyətlə keçirilməsi məqsədilə apelyasiya komissiyası, həmçinin fakültələr, magistratura və doktorantura şöbəsi üzrə münaqişə komissiyaları yaradılıb. Builki tədris ilində ADPU-ya qəbul olunmuş birinci kurs tələbələrinin və arzu edən digər kurs tələbələrinin kollokvium və semester imtahanları yazılı qaydada aparılır. Digər kursların tələbələri isə Kompüter Mərkəzində elekron-test üsulu ilə imtahan verirlər.

KİV-lərin nümayəndələri, ekspertlər və valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.

Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil edildiyini, lazımı şəraitin yaradıldığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə