Ötən il ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə verilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, 101 məktəbdə əsaslı və 384 məktəbdə isə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.
Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə oğlanlar üçün ailə tipli kiçik qrup evi tikilib və 6 internat məktəbi əsaslı təmir olunub.
2016-2017-ci tədris ilindən ölkənin 5 şəhər və 36 rayonu üzrə 124 məktəbdə təhsil təmayüllər üzrə təşkil olunub.
Təhsil Nazirliyi tərəfindən 8 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB