Dövlət İmtahan Mərkəzi 2017-ci ildə keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək şəxslər haqqında məlumatların "Nəzarətçilərin elektron qeydiyyatı" sisteminə daxil edilməsi prosesini yekunlaşdırıb. SİA-nın xəbərinə görə, sistemə Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarından və respublikanın 2076 orta təhsil müəssisələrindən 14817 nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib. Onlardan 1508 nəfəri test imtahanlarında ilk dəfə iştirak edəcək müəllimlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB