Dekabrın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə "Müstəqillik ulduzları" adlı konsert proqramı keçirilib. SİA-nın Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib. Konsertdə müstəqillik illərində müxtəlif respublika və beynəlxalq müsabiqələrin qalibləri, diplomantları milli və dünya klassiklərinin əsərlərini səsləndiriblər.
Konsert proqramı tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB