Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun rəhbərlik etdiyi yüksəkixtisaslı 26 nəfərlik həkim heyəti dekabrın 23-dən 26-dək Ordubad Rayon Mərkəzi Xəstəxanasında növbəti humanitar aksiya keçirib. Aksiya zamanı 1291 nəfər müayinədən keçib, aztəminatlı ailələrdən olan 14 uşaq üzərində fimoz əməliyyatı aparılıb.
Cərrahi müdaxiləyə ehtiyacı olan 14 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıblar. Aksiya zamanı pasiyentlər, həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar.
Ordubad Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinənin səmərəli keçirilməsi məqsədilə lazımi şərait yaradılıb.
Sakinlər yaradılan şəraitdən, aksiyanın təşkilindən razılıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB