ADNSU-nun rektoru Sakarya Universitetinin nümayəndəsi ilə görüşüb FOTOLAR

ADNSU-nun rektoru Sakarya Universitetinin nümayəndəsi ilə görüşüb FOTOLAR

Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin Sakarya Universitetinin nümayəndəsi professor, dr. Əhməd Tutar ilə görüşüb. Universitetdən SİA-ya verilən xəbərə görə, qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, prof. M.Babanlı ADNSU-da Sakarya Universiteti ilə əlaqələrə çox önəm verildiyini vurğulayıb. ADNSU-nun uzun illər sovet universitetləri arasında ilk onluqda yer aldığını bildirən rektor bu ali məktəbdən çıxan tanınmış məzunlar haqqında prof. Ə.Tutara məlumat verib.

ADNSU-da elmi məsələlərə xüsusi diqqət yetirildiyini qeyd edən rektor M.Babanlı 2016-cı ildə "Thomson Reuters"-da ADNSU-nun professor-müəllim heyətinin 46 məqaləsinin dərc olunduğunu qonağın diqqətinə çatdırıb.

Səmimi qəbula görə prof. Mustafa Babanlıya təşəkkürünü bildirən Əhməd Tutar ADNSU ilə əlaqələrin onlar üçün çox vacib olduğunu bildirib.

Görüşdə 2017-ci ildə Beynəlxalq Türk Dünyası Kimya Elmləri və Texnologiyaları Konfransına ADNSU-nun ev sahibliyi etməsi məsələsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə