"Bu il 12742 müəllim ixtisasartırma proqramlarında iştirak edib"
2016-cı ildə ölkə üzrə fəaliyyət göstərən 145720 müəllimdən 12742-si ixtisasartırma proqramlarında iştirak edib. SİA-nın xəbərinə görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor vəzifəsini icra edən Vəfa Yaqublu qurumun hsabat konfransında çıxış edərkən deyib.
O bildirib ki, cari ildə məktəbəqədər hazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün keçirilən təlimdən ölkə üzrə 129 qrupda 3707 müəllim keçib.
Cari ildə institut keçirilən tədbirlər haqqında məlumat verən icraçı direktor qeyd edib ki, il ərzində Avropa Şurasının "Şərq tərəfdaşlığı ölkələrinin məktəblərində demokratik mədəniyyətin dəstəklənməsi" mövzusunda konfrans, "Peşəyə giriş", "Maliyyə savadlılğı" adlı seminarlar keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB