Bakı Şəhər üzrə Təhsl İdarəsindən məktəb proqramlarının çətin olmasına MÜNASİBƏT

Bakı Şəhər üzrə Təhsl İdarəsindən məktəb proqramlarının çətin olmasına MÜNASİBƏT

"Aparılan tədqiqatlar göstərir ki, uşağının ev tapşırığı ilə maraqlanan valideynlərin övladlarının təlim göstəriciləri uşaqlarının məktəb nailiyyətləri ilə maraqlanmayan valideynlərin övladları ilə müqayisədə daha yüksəkdir. O valideyn ki övladının dərsi ilə maraqlanır, onu dəstəkləyir, ona kömək edir həmin uşaqların təlim nəticəsi yaxşı olur".SİA-nın xəbərinə görə, bunu Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib. İbtidai sinfin dərsliklərindəki proqramların çətin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən M. Vəliyeva qeyd edib ki, ola bilər ki, bu haqda təzadlı fikirlər olsun: "Hansısa valideynlərin fikirlərinə görə dövlət proqramları, dərsliklər və müəyyən standartlar çətin olsun. Amma dərsliklər mütəxəssislər tərəfindən ölçülüb, qiymətləndirilib, beynəlxalq təcrübə öyrənilib. Güman edirəm ki, bu gün məktəblərdə yaxşı oxuyan şagirdlər həmin proqram əsasında təhsil alırlar". M.Vəliyeva qeyd edib ki, ali təhsilli valideynlər öz uşaqlarına ev tapşırıqlarının yerinə yetirilməsində daha rahat kömək edir: "Lakin təhsili olmayan valideynlər üçün bu proqramların öhdəsindən gəlmək çətin olur".

Bütün xəbərlər Facebook səhifəmizdə