Bu gün Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəb-valideyn əlaqələrinə həsr edilən "valideynlər -ilk müəllimlərdir"adlı seminar keçirilib. SİA-nın xəbərinə görə, seminarda idarənin müdiri Məhəbbət Vəliyeva, Rusiya Federasiyası Federal Məclusi Dövlət Dumasının Təhsil Komitəsinin nümayəndəsi Klara Şrafovna Mansurova, Latviyadan olan ekspert Valentina Voyçişa, valideynlər və KİV nümayəndələri iştirak ediblər. İlk çıxış edən M.Vəliyeva valideyn-məktəb əməkdaşlığından söz açıb. O bildirib ki, valideynlərin məktəbə gəlməməsi və ya yalnız valideyn iclasına gəlməsi ilə bağlı problemlər var: "İdarə valideynlərlə işin səmərəli təşkil edilməsinə çalışır. Təhsil naziri Mikayıl Cabbarovun tapşırığı ilə "Məktəb icmaları" layihəsi həyata keçirilir. Sevindirici haldır ki, artıq 180 məktəbdə belə icmalar yaradılıb. Bugünkü seminar da məktəbli-valideyn arasında münasibətlərə müsbət təsir edəcək. Valideynlər övladının dərsləri ilə maraqlanmalıdır. Təcrübə göstərir ki uşaqlarının məktəb həyatı ilə məşğul olan valideynlərin uşaqlarının məktəb göstəriciləri yüksək olur. Valideyn ali təhsilindən fərqli olmayaraq valideyn məktəbə gedib uşağı ilə maraqlanırsa, müəllimlərlə görüşüb mənfilərdən nəticə çıxarırsa, bunun özü də göstəricilərə təsir göstərən amillərdir". M.Vəliyeva çıxışının sonunda valideynləri fəal və təşəbbüskar olmağa çağırıb. Daha sonra çıxış edən Klara Şarafovna Mansurova "Təhsil üçlüyü: müəllim, şagird, valideyn" mövzusunda nümunə seminara moderatorluq edib. O bikdirib ki, 90-ci illərdən sonra dünyaya gələn uşaqlar çox fərqlidirlər: "Bu uşaqlar əvvəlkilərdən çox fərqlənir. Onların tərbiyəsində valideynlər çox çətinlik çəkirlər. Amma bütün bunlara baxmayaraq, hər uşaq Allahın valideynlərə bəxş etdiyi və etibar etdiyi əmanətidir. Valideynlərin də uşaqları böyütmək missiyasına malikdirlər. Uşaqlar özünü dərk edib bu həyatda nə ilə məşğul olacağına qərar verənə qədər onlara valideynlər yol göstərir, savadlandırırlar. Məhz ona görə də valideynləri ilk müəllim hesab edirlər". Seminar zamanı keçirilən "Valideynlik məktəbi" loboratoriyasının əsas məqsədləri açıqlanıb. Qeyd olunub ki, məktəb yaşlı uşaqlarla iş baxımından valideyn düşüncə və yanaşmasının təkmilləşdirilməsi davamlı prosesdir. Seminarın sonunda valideynləri maraqlandıran suallar aydinlıq gətirilib, mövzu ilə bağlı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB