Bakı Slavyan Universitetində “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı olub
Bakı Slavyan Universitetində (BSU) Təhsil Nazirliyinin (TN) təşkilatçılığı ilə birinci kurs tələbələri üçün "BİR" Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirilib. Təhsil Nazirliyinin tabeçiliyində olan 18 ali təhsil müəssisəsini əhatə edən proqram gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində iştirak, təhsildə öyrəndiklərini tətbiq etmək, tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, daim öndə olmaq, yeni dostlar qazanmaq imkanı yaradır.
Sonra "BİR" Tələbə-Könüllü Proqramı ilə bağlı videoçarx nümayiş olunub.
Bu təşəbbüsün əhəmiyyətini vurğulayın proqramın assistenti Canoğlan İlyasov diqqətə çatdırıb ki, ölkəmizdə bir çox irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə-könüllülər böyük rol oynayırlar. "Formula-1" Avropa Qran-prisi ərəfəsində könüllülər arasında keçirilən kartinq çempionatı barədə məlumat verən C.İlyasov yarışda BSU-nun tələbə-könüllüsü Ramin Əsgərovun ən sürətli pilot olduğunu deyib və ona çempionatın kubokunu təqdim edib.
"BİR" Tələbə-Könüllü Proqramının BSU üzrə əlaqələndiriciləri Məmmədəli Həsənov, Zəhra Dadaşzadə, Fidan Qazaxova tələbələri proqram çərçivəsində həyata keçirilən layihələrdə fəal olmağa çağırıblar. Sonda tələblər arasında keçirilən oyunlarda fərqlənənlər mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB