Mikayıl Cabbarov: "Azərbaycanda 33 min şəxs elmi tədqiqatla məşğul olur"
Son 3 ildə ümumi təhsilin keyfiyyət göstəricilərində yüksəliş əldə olunub. Bu, ali məktəblərə qəbulun göstəricilərinə də təsir edib və son 3 ildə 500-dən çox bal toplayan abituriyentlərin sayı 19 faiz, 600-dən çox bal toplayan abituriyentlərin sayı 32 faiz artıb".SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Milli Akademiyasının ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında məlumat verib. Nazir bildirib ki, 1990-cı illə müqayisədə bu il aspirant və doktorantların sayı 2 dəfədən çox artaraq 2875 nəfərə çatıb: "Hazırda Azərbaycanın müxtəlif elmi müəssisələrində 33 min şəxs elmi tədqiqatlarla məşğul olur". Nazir çıxışı zamanı qeyd edib ki, ötən 25 ildə Azərbaycanda ali məktəblərin sayı artıb: "Əvvəl universitetlərin sayı 17 idisə, indi onların sayı 51-dir. Ali məktəblərə qəbul olanların sayı da 2016-cı ildə 1990-cı ilə nisbətən 2 dəfəyə yaxın artıb. Ümumiyyətlə, milli ali təhsil sisteminin inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdəndir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB