"Dərsliklərin hazırlanması zamanı AMEA-ya bir sıra ixtisaslar üzrə məqsədli sorğular veriləcək. Bununla da ehtiyat dərsliklərin hazırlanmasında elmi potensialdan istifadə ediləcək".SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov AMEA-nın ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxışı zamanı deyib. Təhsilin məzmununun təkmilləşdirilməsinin qarşıda duran əsas məsələlərdən olduğunu dilə gətirən nazir qeyd edib ki, bu baxımdan dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqət mərkəzindədir: "Dərsliklərin keyfiyyəti bağlı fikirlər səslənir və ictimai müzakirələrə səbəb olur. Təklif edərdim ki, nazirliyin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək. Orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı Təhsil Nazirliyinə yeni səlahiyyətlər verilib. Səlahiyyətlərə əsasən, nazirlik orta məktəb dərsliklərinin müəllifləri ilə müqavilələr bağlamaq səlahiyyətinə malik olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB