"AMEA Fizika İnstitutunun bazasında gələcəkdə dövlət akkreditasiyası ala bilən Dövlət Fizika Universiteti yaradıla bilər".SİA-nın xəbərinə görə, bunu AMEA prezidenti Akif Əlizadə qurumun ümumi yığıncağında çıxış edərkən deyib. Onun sözlərinə görə, bu universitet Azərbaycanda fizika elminin nailiyyətləri, uğurları sahəsində işlər görə bilər: "Bakı Dövlət Universitetinin Elmi Şurası və AMEA Rəyasət Heyətinin qərarı ilə Riyaziyyat İnstitutu, ətraf mühitin aerokosmik məsələlərini müzakirə etmək üçün Azərkosmos birgə elmi mərkəzin yaradılması nəzərdən keçirilə bilər. Konkret sahələr üzrə birgə fəaliyyətin yaradılmasına nail ola bilsək, müxtəlif sahələr üzrə inkişaf əldə olunar. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat fənləri üzrə müəllimlərin təkmilləşdirilməsi kurslarının təşkili faydalı ola bilər. Bəzi akademik institutlarda elmi tədris mərkəzlərinin yaradılması mümkündür".
Akademik həmçinin bildirib ki, yüksək texnologiyalarla bağlı ən yeni biliklərin tələblərə tədris olunması üçün yeni effektiv mexanizmlər işlənib hazırlanmalıdır: "Akademiyanın bu sahədə böyük elmi potensialı var. Yüksək nano, bio, info, nüvə texnologiyaları ilə bağlı tədqiqatlar aparan akademik qurumların qapıları ali təhsil müəssisələrin müəllimləri ilə yanaşı tələbələrin üzünə açıqdı".
A.Əlizadə çıxışında AMEA və Təhsil Nazirliyinin birgə elmi-tədqiqat institutlarının yaradılmasını da təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB