DİM markerlər üçün pullu təlim keçirəcək

DİM markerlər üçün pullu təlim keçirəcək

"Biz hər bir imtahanı aparmazdan əvvəl mütləq monitorinq imtahanları keçiririk. Çünki bu, test nəzəriyyəsində mövcuddur". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər DİM XI sinifdə buraxılış imtahanlarında fənlərin sayını artırmaq niyyətindədirsə, o zaman həmin fənlər üzrə mütləq şəkildə monitorinq aparılmalıdır.

Dövlət qulluğuna qəbulla bağlı imtahanlarda dəyişiklərin olacağı ilə bağlı suala gəlincə M. Abbaszadə qeyd edib ki, hələ ki DİM-in müvafiq hüquqi normativ sənədləri uyğunlaşdırma prosedurlarından keçir: "Dəyişiklik haqqında yalnız sənədlər tam təsdiqləndikdən sonra danışmaq mümkündür. Bu baxımdan biz sənədləri gözləyirik".

Markerlərin təlimlərə cəlb edilməsinə gəldikdə, Direktorlar Şurasının sədri vurğulayıb ki, DİM tərəfindən keçirilən imtahanları verib öz bilik səviyyəsini müəyyən standartlara uyğun təsdiqləyən markerlər qurumla müqavilə bağlaya biləcəklər: "Əks halda, markerlər üçün təlim müəyyənləşdiriləcək və bu təlimlər pullu olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə