Məleykə Abbaszadə: "Abituriyent jurnallarının yükləmələri pullu olacaq"
Dövlət İmtahan Mərkəzi hər il imtahan qaydalarına müəyyən dəyişikliklərin edilməsinin səbəblərini açıqlayıb. SİA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakı şəhəri üzrə 2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına həsr olunan konfransda onlara hər il imtahan qaydalarının dəyişdirilməsi ilə bağlı sual verənlərə cavab olaraq həmin şəxslərə təhsillə bağlı dövlət tərəfindən qəbul edilən sənədlərlə tanış olmağı məsləhət görüb. "Bunlar təhsil mühitini formalaşdıran sənədlərdir və biz onları icra edirik. İmtahanlarda dəyişiklərin edilməsi də bu səbəblərlə əlaqədardır. Hər bir imtahan layihələşdiriləndə onun məqsədi də müəyyənləşməlidir. Qəbul imtahanları zamanı müsabiqə fərqlidir və məzunlar arasından ən yaxşılarını seçməliyik. Buraxılış imtahanları zamanı isə uşaqların bilik və bacarıqlarının müəyyən dövlət standartlarına uyğunluğu yoxlanılır. Həmin məqsədə görə ölçmə materialları-testlər fərqli olur"-deyə, M.Abbaszadə bildirib. Bu gün Dövlət İmtahan Mərkəzinin təhsil bazasında IX sinifdə təhsil alan şagirdlərin sayı 113 min nəfər olduğunu qeyd edən Direktorlar Şurasının sədri söyləyib ki, onlardan 85 mini müəyyən imtahanlardan keçib: "2013-cü ildən ölkədə monitorinq imtahanlarının keçirilməsinə başlanılıb. 2013-2016-cı illər ərzində 85459 şagird monitorinq imtahanlarında iştirak edib. Onlardan 39575-i Azərbaycan dili, 40234-ü Riyaziyyat, 5650-si isə Rus dilindən imtahan verib. Bu nəticələr əsasında geniş araşdırmalar aparılıb. 2016-cı ilin əvvəlində monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili jurnal şəklində hazırlanaraq ictimaiyyətə açıqlanıb. Bu jurnalı elektron formada da saytdan yükləmək mümkün olub. 1 il ərzində yükləmələrin sayı 3400-ə yaxın idi. Əsasən yükləmlər xaricdən olurdu. Son 2 ayda isə müxtəlif bölgələrdə pedaqoji işçilərlə keçirilən görüşlərin nəticəsi olaraq, 500 əlavə yükləmə olub. Yükləmələr hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz. Çünki yanvarın 1-dən bu yükləmələrin qiyməti heç olmasa 1 manat olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB