Bakı şəhərindəki ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr təşkil olunur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən müsahibələr kitabxana işçilərinin peşəkar ehtiyaclarının müəyyənləşdirilməsi, müvafiq ehtiyaclar əsasında qruplar üzrə təlimlərin keçirilməsi və kitabxana işçilərinin birgə koordinasiyası ilə müştərək layihələrin təşkil edilməsi məqsədilə reallaşdırılır. Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, artıq paytaxtın 7 inzibati rayon üzrə 300 kitabxana işçisinin müsahibəsi yekunlaşıb. İlin sonunadək digər rayonlardakı ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr də yekunlaşacaq.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ili üzrə fəaliyyətini "Təhsili dəyərə çevirək" devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək layihələr 9 fəaliyyət istiqamətini əhatə edir. Ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr "Mütaliə və ünsiyyət" fəaliyyət istiqaməti çərçivəsində həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB