20-23 dekabr tarixlərində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Ərəb dili üzrə xəttatlıq sənəti" adlı ödənişsiz treninq kurs keçiriləcək. SİA-ya Misirin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, treninq xəttatlıq sənəti üzrə 20 illik təcrübəyə malik misirli mütəxəssis Əşrəf Əhməd Əbdülvahab tərəfindən aparılacaq. Treninqdə ərəb dili müəllimləri və ərəb dilini yaxşı səviyyədə bilən və bu dildə yaxşı yazmağı bacaran tələbələr iştirak edə bilərlər.
Sonda iştirakçılara Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin sertifikatı təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB