Rusiyanın “Argosy” şirkətinin nümayəndəsi ADNSU-da olub FOTO

Rusiyanın “Argosy” şirkətinin nümayəndəsi ADNSU-da olub FOTO

Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın "Argosy" şirkətinin baş direktor müavini, professor Yuriy Markoviçlə görüşüb. Universitetdən SİA-ya verilən xəbərə görə, qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ikitərəfli əməkdaşlıq məsələlərindən danışıb, innovativ texnologiyalar və müasir neft-qaz avadanlıqlarının universitetdə tətbiqi, eləcə də bu avadanlıqlarla işləmək üçün mütəxəssis hazırlığının önəmini qeyd edib.

"Universitetimizdə tətbiq olunan yeniliklər laborator və praktiki sahələrdə də innovativ avadanlıqların tətbiqinə şərait yaradır. Bu baxımdan sizin şirkətin proqramlarından faydalanamaq istəyirik. Həm nəzəri həm də praktiki inkişafa nail olmaq üçün innovativ laboratoriyaların tətbiqinə və elmi tədqiqat laboratoriyalarında ölçmə avadanlıqlarının yenilənməsinə ehtiyac var" - deyə rektor, professor M.Babanlı bildirib.

Daha sonra 2017-ci ildə şirkətin proqramlarından istifadə olunması, ADNSU-da mühazirələr oxunması, yeni texnologiyaların nümayiş olunması, şirkətin istehsal etdiyi innovativ avadanlıqlara malik elmi tədqiqat laboratoriyaları və tələbə laboratoriyalarının yaradılması ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, neft sənayesi üçün ölçmə avadanlıqları istehsal edən və həmçinin bu avadanlıqlarla işləmək üçün mütəxəssis hazırlayan "Argosy" şirkəti ABŞ, Yaponiya, Almaniya kimi dünyanın bir çox inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə