Beynəlxalq Aptis İmtahanı keçirilib

Beynəlxalq Aptis İmtahanı keçirilib

Dekabrın 15-də paytaxt məktəbliləri üçün "Uğur üçün tədris" (SPEX) layihəsinin ilkin mərhələsi olan Beynəlxalq Aptis İmtahanı keçirilib.bakı şəhər üzrə Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və "British Council"un birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihəyə 56 pilot məktəb cəlb olunub.

İmtahanlarda pilot məktəbdən 300 və pilot olmayan məktəblərdən 100 nəfər VII-VIII sinif şagirdi iştirak edib.

İmtahan zamanı şagirdlərin ingilis dilində yazı, oxu, dinləmə və danışıq bacarıqları qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə