Fransız-Azərbaycan Universitetinə direktor təyin olundu FOTO

Fransız-Azərbaycan Universitetinə direktor təyin olundu FOTO

Dekabrın 14-də dosent Vazeh Əsgərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının təqdimatı, Təhsil Nazirliyinin razılığı ilə universitetin nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinə (UFAZ) direktor təyin olunub. Universitetdən SİA-ya verilən xəbərə görə, bu gün Vazeh Əsgərov universitet rəhbərliyinin iştirakı ilə kollektivə təqdim olunub. UFAZ-ın direktorunu təqdim edən ADNSU rektoru, professor M.Babanlı onun təyinatının Strasburq Universiteti tərəfindən də təsdiqləndiyini qeyd edib.

V.Əsgərovun uzun illər ərzində Strasburq Universitetində təhsil aldığını və çalışdığını, bu səbəbdən fransız təhsil sisteminə yaxşı bələd olduğunu vurğulayan rektor M.Babanlı onun öz təcrübəsini UFAZ-da da tətbiq edəcəyini və universitetin statusunu daha da yüksəldəcəyinə inandığını bildirib.

Dosent Vazeh Əsgərov UFAZ-a direktor təyin olunması ilə bağlı ona göstərilən etimada görə təşəkkürünü ifadə edib və bu etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə