İmtahanlar nə vaxt pullu olacaq? RƏSMİ

İmtahanlar nə vaxt pullu olacaq? RƏSMİ

Gələcəkdə ödənişli imtahanlar olarsa, bunun hansı formada keçirilməsi ilə bağlı iqtisadçılar, Dövlət İmtahan Mərkəzi və Tarif Şurasının mütəxəssisləri ilə birgə müzakirələr aparılır. Maliyyə Nazirliyinə təqdim olunması üçün sənədlər hazırlanır". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu məsələni hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabinetinin qərarı lazımdır: "Prezidentin aprel ayındakı müvafiq fərmanında Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmana uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Bundan sonra artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Eyni zamanda, imtahanların ödənişli olması üçün həmin xidmətlər Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir. Ona görə də yekun qərarı gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə