Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması QAYDALARI"nın təsdiq edilməsi ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadən brifinq keçirir. SİA-nın xəbərinə görə M.Abbaszadə bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına əsasən 2016/2017-cintədris ilində ümumi orta təhsil səviyyəsi üzrə (IX sinif) təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) fənn kurikulumlarının tətbiqi ilə bağlı olan bütün yeniliklər nəzərə alınaraq yeni qaydalar əsasında həyata keçiriləcək.
"Məlum olduğu kimi 2008-ci ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə olunur. Təsdiq olunmuş qaydalara əsasən 9-cu sinifdə buraxılış imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərə Azərbaycan (rus) dilindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyən-ləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir. İkinci mərhələdə imtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB