Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dağıstan Dövlət Texniki Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Ali məktəbdən SİA-ya verilən xəbərə görə, qonaqları ADNSU-da görməkdən məmnun qaldığını bildirən rektor, professor Mustafa Babanlı iki universitet arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməli olduğunu qeyd edib.
Nümayəndə heyətinə universitet haqqında məlumat verən prof. M.Babanlı universitetin nəzdində fəaliyyət göstərən 51 illik tarixə malik olan və özfəaliyyət kollektivləri arasında yeganə "Xalq ansamblı" adına layiq görülmüş "Gənclik" mahnı və rəqs ansamblı barədə də geniş məlumat verib.
Dağıstan Dövlət Texniki Universitetinin Neft-qaz fakültəsinin dekanı, dosent Maqomedova Milada Ruslanovnaya Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında məlumat verən rektor Mustafa Babanlı tələbələrin ölkəni tərk etmədən Strasburq Universitetinin diplomunu almaq imkanı əldə etdiyini söyləyib.
Səmimi qəbula görə rektor Mustafa Babanlıya təşəkkür edən Dağıstan Dövlət Texniki Universitetinin neft-qaz fakültəsinin dekanı, dosent Maqomedova Milada Ruslanovna uzun zamandır ADNSU-ya gəlmək istədiklərini söyləyib. ADNSU-nun professor-müəllim heyəti və tələbələrlə artıq tanış olduqlarını qeyd edən qonaqlar universitetetdəki təhsil mühitini bəyəndiklərini bildiriblər.
Sonda tərəflər arasında əməkdaşlıq üzrə plan hazırlanması və bu plan üzrə birgə fəaliyyət göstərmək barədə razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB