“Dostluğun sehri” I Beynəlxalq uşaq rəsm müsabiqəsinə yekun vurulub

“Dostluğun sehri” I Beynəlxalq uşaq rəsm müsabiqəsinə yekun vurulub

Azərbaycan Rəssamlar İttifaqında "Dostluğun sehri" devizi altında I Beynəlxalq uşaq rəsm müsabiqəsinin sərgisi keçirilib. SİA-nın Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri Uşaq Yaradıcılıq Mərkəzi, Azərbaycan Rəssamlar ittifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər. Müsabiqənin nəticələrinə əsasən 480 rəsm əsərindən 90-ı I, II, III, 26 rəsm işi isə həvəsləndirici yerlərə layiq görülüb.

Müsabiqəyə Azərbaycan, Türkiyə, Ukrayna, Belarus, Moldova, Latviya, Qazaxıstan, Bolqarıstan, Çexiya, Misir, Bosniya və Hersoqovinadan olan gənc rəssamlar qoşulub.

Sərgidə gənc rəssamların 200-ə qədər rəsm işi nümayiş olunub.

Qaliblər medal və diplomlarla təltif ediliblər.

Tədbirin bədii hissəsində Uşaq Yaradıcılıq Mərkəzinin bədii kollektivləri dünya xalqlarının rəqslərindən ibarət "Dostluq çələngi" adlı kompozisiya ilə çıxış ediblər.

15-16 dekabr 2016-cı il tarixlərində "Praktiki məsləhətlər üçün regional sessiya" adlı seminar keçiriləcək.

Azərbaycan Respublika Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Rusiya Vençur Şirkəti" və "Global Venture Alliance" (GVA) fondunun təşəbbüsü ilə təşkil olunan seminarlar "ADA" Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək. SİA-nın Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, tədbirin keçirilməsində əsas məqsəd innovativ ekosistemin qurulmasına və yüksək texnologiyalar sahəsində sahibkarlığın inkişafına töhfə verməkdir.

Seminarda iştirakı planlaşdırılan ali təhsil müəssisələrinin müəllim və yuxarı kurs tələbələri innovativ sahibkarlıq fəaliyyəti üzrə lazımi bilik və bacarıqlar əldə edəcəklər. Həmçinin keçiriləcək intensiv təlimlər zamanı startap sahibkarlara biznes ideyalarının kommersiyalaşdırılması, potensial investorlara isə sərmayələri üçün perspektivli sahələri təyin etmələri məqsədilə təkliflər veriləcəkdir.

2008-ci ildən Rusiya Federasiyasında keçirilən bu seminarların ölkəmizdə ilk dəfə olaraq təşkili planlaşdırılır. Bu günə qədər keçirilmiş eyniadlı 160 tədbirdə 11000 nəfər iştirak edib. Seminarlarda innovativ sahibkarlıq fəaliyyəti üçün vacib olan bilik və praktiki bacarıqlar əldə edilib.

Seminarda iştirak və daha ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına müraciət etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə