Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 9‑da şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Abşeron rayonunda vətəndaşları qəbul edib. SİA-nın TQDK-nın mətbuat xidmətinə istinadən xəbərinə görə, qəbulda Abşeron, Sumqayıt, Xızı rayon sakinləri və bu rayonlarda məskunlaşan Qubadlı, Zəngilan və Şuşa rayonlarından məcburi köçkünlər iştirak ediblər. Görüşdə əsasən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin yeni qaydaları, buraxılış imtahanları, V ixtisas qrupuna, bakalavr, magistratura səviyyələrinə qəbul, həmçinin TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. Komissiyanın səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M. Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB