Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı Kitabxanasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Heydər Əliyev-Anım günü" mövzusunda sərgi təşkil edilib. Universitetdən SİA-ya verilən xəbərə görə, sərgidə Ulu Öndərin dövlətimizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki fəaliyyətini əks etdirən kitablar yer alıb.
Eyni zamanda oxu zalında Azərbaycan və rus dillərində müxtəlif elm sahələrinə (neft-qaz, energetika, geologiya, avtomatika, mühəndis riyaziyyatı, üzvi kimya və s.) aid kitablar, dərslik və dərs vəsaitləri nümayiş olunub.
ADNSU-nun Əsaslı Kitabxanası mütəmadi olaraq oxucuların kitaba olan təlabatını ödəmək məqsədi ilə açıq rəf üsulu ilə kitabxananın oxu zalında universitetin professor-müəllim heyətinin nəşr olunmuş dərsliklərini, dərs vəsaitlərini, metodik göstərişlərini, laboratoriya işlərini, fənn proqramlarını, gündəlik qəzetləri, jurnalları və kənar mənbələrdən daxil olan digər nəşrləri oxucuların istifadəsinə verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB