Mikayıl Cabbarov: "Bu il 7 rayon üzrə təhsil şöbəsində kadr dəyişikliyi edilib"

Mikayıl Cabbarov: "Bu il 7 rayon üzrə təhsil şöbəsində kadr dəyişikliyi edilib"

"Təhsil sahəsində islahatların aparılması 2013-cü ildə ölkə başçısı tərəfindən qəbul edilən təhsil strategiyasına əsasən həyata keçirilir. Bu fəaliyyəti başlayarkən problemlərin kökünü araşdırmaq üçün bir sıra təhlil işləri həyata keçirdik ki, bu işlər nəticəsində əmək haqlarının aşağı olması, işə qəbul sahəsində çətinliklər, bir çox hallarda pərakanədəlik, saxta diplom hallarına da rast gəldik". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

O bildirib ki, ali təhsil sahəsində köçürmələrlə bağlı vəziyyət qeyri qənaətbəxş idi ki, bu da akademik nəticələrə təsir edərək ildən-ilə müşahidə edilən qəbul imtahanlarındakı akademik səviyyənin aşağı salınmasına gətirib çıxarmışdı: "Bunların qarşısının alınması üçün ölkədə vahid idarətetmə sistemi yaradıldı. Görülən işlərin nəticəsində hazırda müəllimlərin əmək haqları orta əmək haqlarına yaxınlaşır".

Onun sözlərinə görə, təhsil sahəsində digər həyata keçirilən islahat məktəbə hazırlıqla bağlıdır ki, onun da əhata dairəsi genişləndirilib: "2 il bundan öncə pilot layihə kimi fəaliyyətə başlayan layihə artıq bu ilin oktyabr ayından başlayaraq dövlət büdcəsi hesabınafəaliyyətə başlayıb. Artıq bütün məktəblərdə məkətəbəhazırlıq qrupları fəaliyyət göstərir".

Nazir qeyd edib ki, məktəblərdə əsas problemlərdən biri istilik sistemi ilə bağlı idi ki, artıq ölkə başçısının və baş nazirin dəstəyi ilə SOCAR və "Azəriqazla" danışıqlar aprılıb və qazla təchiz olunmuş məktəblərdə bu məsələnin həllinə nail olmuşuq"

"Növbəti 2 il müddətində kəndlərdə yerləşən məktəblərin maddi-texniki bazasının müasirləşdirilməsi nəzərdə tutulub. Görülən işlərin məntiqi nəticəsidir ki, 3 il müddətində qəbul imtahanlarında akademik nəticələr yaxşılaşıb. Bu ilin 9-cu sinif şagirdlərinin buraxılış imtahanları fərqli olacaq. 2016-cı ilin 11 ayı ərzində 7 rayon üzrə təhsil şöbəsinin fəaliyyəti qeyri-qənaətbəxş hesab edildiyi üçün həmin idarələrdə kadr dəyişikliyi edilib. Bundan əlavə, ali məktəblərin optimallaşdırılması məsələsinə baxılacaq"- deyə, nazir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə