Dövlət mükafatı təqdim olundu

Dekabrın 6-da təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təhsil sahəsində uzun müddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunmuş Odlar Yurdu Unversitetinin rektoru Əhməd Vəliyevə ali mükafatı təqdim edib. SİA-nın Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Əhməd Vəliyevin təhsil sahəsindəki fəaliyyətindən danışan nazir ona uğurlar arzulayıb. Rektor əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlığını bildirib.

.

Bütün xəbərlər Facebook səhifəmizdə