"Müəllimlər güzəştli kateqoriyaya əlava edilsin"

"Müəllimlər güzəştli kateqoriyaya əlava edilsin"

"Bu gün ən ciddi məsələlərdən biri mənzil problemidir və dövlətin diqqət mərkəzindədir". SİA-nın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı çıxış edərkən deyib.

İpoteka kreditlərindən yararlanmanın kateqoriyaları olduğunu deyən millət vəkili qeyd edib ki, güzəştli kateqoriyalara müəllimlər də əlavə edilməlidir: "İndiki halda müəllimlərin maaşları azdır. Biz müəllimləri güzəştli kateqoriyaya əlavə etməklə onlara dəstək ola bilərik. Bu, həmçinin gənclərin bu sahəyə marağını artırar".

Q.Paşayeva gənclər üçün sosial mənzillərin tikilməsi layihəsini dəstəklədiyini bildirib.

Sənədsiz evlərin sənədləşməsi məsələsinə də toxunan deputat bu problemin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə