"Aşağı nəticəli uşaqlar Rusiya və Ukraynaya üz tuturlar" RƏSMİ

"Aşağı nəticəli uşaqlar Rusiya və Ukraynaya üz tuturlar" RƏSMİ

"Ali məktəb müəllimləri abituriyentləri qəbul edəndə onların bilik səviyyəsindən narazılıq edirlər. Baxmayaraq ki, abituriyent 300-400 bal toplayır, yenə də ali məktəb müəllimləri narazıdırlar. Çünki abituriyentlər mətni oxuyub anlamırlar". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, abituriyentlər yalnız test suallarına cavab verir.

Buraxılış imtahanlarına proqramdan kənar heç bir sual daxil edilmədiyini deyən M. Abbaszadə qeyd edib ki, IX və XI sinfin buraxılış imtahanlarının buraxılış imtahanlarının nəticələrinin müqayisəsini aparırıq: "Regionlar üzrə IX sinifdə bir regionda bir fəndən orta statistik göstərici 15%-dirsə, iki il sonra XI sinifdə bu rəqəm 25-30 faiz olur. Bu o deməkdir ki, 9 il bu uşaq nə ilə məşğul olubsa, ona uyğun nəticə göstərir. Qarşıdakı 2 il ərzində ali məktəbə hazırlaşanda səviyyəni 25-30 faiz qaldırmaq mümkündür. Bünövrə sıfırdırsa, 50 faiz nəticə göstərmək mümkün deyil. Bu il nə qədər yer boş qaldı, heç ora sənəd verən olmadı. Şagirdlərin nəticələri aşağı olanda isə Rusiya və Ukraynanın ali məktəblərinə üz tuturlar".

Bütün xəbərlər Facebook səhifəmizdə