"Ali məktəblərə sənəd verənlərin yalnız 30-40 faizi qəbul olunur"
"IX sinifdə buraxılış imtahanını verdikdən sonra 30 faiz şagird X-XI sinfə keçmir. Onlar məktəbi atıb, əmək bazarına gedirlər. Peşə məktəblərinə isə cəmi 1-2 faiz şagird gedir". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, XI sinifdə buraxılış imtahanı verdikdən sonra məzunların cəmi 50 faizi ali təhsil müəssisələrinə ərizə verir: "Yerdə qalan 50 faizi heç ərizə vermir. Onlar da yenə əmək bazarına üz tutur. Ali təhsil müəssisələrinə sənəd verənlərin yalnızı 30-40 faizi ali məktəblərə qəbul olunur. Ali məktəbə qəbul olmayanlar isə 5 il təkrar sənəd verir. Bunlardan təxminən 5 faizi ali məktəbə qəbul olunur. Biz bu araşdırmaları 24 ildir aparırıq, bu rəqəmlər 1 ilin rəqəmi deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB