Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Abşeron rayonunda qəbul keçirəcək. SİA-nın xəbərinə görə, keçiriləcək qəbulda Abşeron, Sumqayıt, Xızı rayon sakinləri və bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşa rayonlarından məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul dekabr ayının 9-da saat 11.00-da Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Xırdalan Şəhəri, H.Əliyev Parkı) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) xahiş olunur.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB