Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi aksiya keçirib. ADU-dan SİA-ya verilən məlumata görə, aksiya zamanı mərkəzin səyyar klinikasının həkim briqadası müraciət edən tələbə və müəllimlərin gözlərini diaqnostik müayinə edərək, patoloji hal aşkarlanan şəxsləri Milli Oftalmologiya Mərkəzinə dəvət ediblər.
Mərkəzin həkim–oftalmoloqu Sidiqə Əliyevanın sözlərinə görə aksiya tələbələr üçün nəzərdə tutulub. O, qeyd edib ki, gözdəki bəzi problemlər gizlin xarakter daşıdığından insanlar onun varlığından xəbərdar olmur. Sözügedən aksiyanın da məqsədi tələbələri dərs şəraitindən ayırmamaq şərti ilə onlarda patoloji halları araşdırmaq və onların qarşısının zamanında alınmasına xidmət etməkdir.
Qeyd edək ki, aksiya sabah da davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB