"ADA" Universiteti və Kaunas Texnologiya Universiteti arasında razılaşma memorandumu imzalanıb. SİA-ya "ADA" Universitetindən verilən məlumata görə, imzalanma mərasimində Universitetinin rektoru, səfir Hafiz Paşayev, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard iştirak ediblər. Yeni başlanılan əməkdaşlığa görə "ADA" Universitetinin İctimai və Beynəlxlaq Münasibətlər fakültəsində Avropa İttifaqı (Aİ) Araşdırmaları üzrə yeni magistr təhsilinin verilməsi məsələsi tədqiq ediləcək. Avropa İttifaqının 350 min avro dəyərində qrant ayırdığı bu layihə qarşısına bir sıra məqsədlər qoyub. Belə ki, gələn ilin sonuna qədər ADA Universitetində Aİ məsələləri üzrə ən azı səkkiz ixtisas kursları hazırlanıb sınaqdan keçirilməli, bu kursları aparan professor müəllim heyəti müəyyənləşdirilməli, yeni magistratura proqramının akkreditasiyası üçün keyfiyyətin təminatı mexanizmi yaradılmalıdır. Layihə çərçivəsində bir sıra aparıcı Avropa universitetləri ilə əməkdaşlıq ediləcək. ADA Universiteti əsas tərəfdaşı olan Kaunas Texnologiya Universitetinin Avropa İttifaqı üzrə təklif etidiyi akademik proqramlar təcrübəsindən yararlanmaq niyyətindədir. Belə ki, Litvanın ali təhsil ocağında Avropaya İnteqrasiya üzrə xüsusi şöbə hələ 1998-ci ildə yaradılıb. Bu gün isə onlar Avropaya inteqrasiya və Avropa araşdırmaları sahələri üzrə magistr və bakalavr təhsili verirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB