Buraxılış imtahanının yeni modelinə dair seminar keçirilib

Buraxılış imtahanının yeni modelinə dair seminar keçirilib

Dövlət İmtahan Mərkəzi Ağcabədi şəhərində 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair seminarlar keçirib. SİA-nın TQDK-nın mətbuat xidmətinə istinadən xəbərinə görə, Samir Əliyev seminarları açaraq gündəlik məsələlər barədə məlumat verib. Müzakirələrdə Ağcabədi, Bərdə, Beyləqan, Tərtər, Füzuli, Zərdab, Ağdam, Laçın və Xocavənd rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri iştirak ediblər. Azərbaycan dili fənni üzrə seminarda Afiqə Batıyeva ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının modeli, Bakı Dövlət Universitetinin nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimov isə buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat verərək sualları cavablandırıblar. Riyaziyyat fənni üzrə seminarda Aydın Qasımov ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının modeli, buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat verərək sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə