Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşəsi yaradılacaq FOTOLAR

Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşəsi yaradılacaq FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılmasına" ictimai dəstək layihəsinin icrası davam edir. SİA-nın Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, "Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyi tərəfindən Bakı şəhərinin Binəqədi, Nəsimi, Nizami, Pirallahı və respublikamızın Bərdə, Tərtər və Fizuli rayonlarındakı təhsil ocaqlarında "Milli Qəhrəmanlar" guşələri yaradılıb. Yaradılmış guşələrin və Milli Qəhrəmanlarımızın gənclərə tanıdılması sayəsində hər bir uşaq, yeniyetmə və gəncin Vətənimizin layiqli vətəndaşı, torpaqlarımızın qəhrəman müdafiəçiləri olması üçün onların vətənpərvər ruhda böyüməsi, tərbiyə almasına xidmət edəcəkdir.

Belə tədbirlərdən biri də Bakı Şəhəri, Binəqədi Rayonu 100 saylı təhsil ocağında keçirilən tədbirdə Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev və Zabit Quliyev, həmçinin rayonun içtimai təşkilatları, Bakı şəhər Təhsil Şöbəsinin nümayəndələri və Respublika Veteranlar Şurasının sədr müavini Cəmil Məlikov iştirak ediblər.

Tədbir zamanı "Azərbaycanın Milli Qəhrəmanları" guşəsinin açılışı keçirildikdən sonra məktəbin şagirdləri tərəfindən hazırlanmış səhnələr nümaiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə