"Yaxın 2 ildə qəbul və buraxılış imtahanları birləşdiriləcək" EKSPERT ŞƏRHİ
"Qəbul imtananları ilə buraxılış imtahanlarının birləşdirilməsi məsələsi gündəmdədir. Artıq illərdir ki, ictimai rəy də bununla bağlı öz fikrini bildirir". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Əjdər Ağayev deyib.
O bildirib ki, sınaq imtahanlarından sonra buraxılış imtahanı daha sonra isə qəbul prosesi gənclərin həddindən artıq yüklənməsinə və yorulmasına səbəb olmaqla yanaşı, onların əhval-ruhiyyəsinə, eləcə də sağlamlığına mənfi təsir edir.
Onun sözlərinə görə, artıq bir neçə ölkədə imtahanlar mərkəzləşmiş qaydada keçirilir ki, bunun da biri qonşu Rusiyadır: "Lakin bizdə bunun tətbiqi üçün zaman tələb olunur. Bu yaxınlarda Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də açıqlamasında bildirdi ki, imtahanların birləşdirilməsi üçün böyük hazırlıq işləri getməlidir. Mənə elə gəlir ki, yaxın 2 ildə imtahanlar artıq mərkəzləşmiş qaydada həyata keçiriləcək. Təbii ki, bu hər cəhətdən sərfəli və daha faydalıdır".
Ə.Ağayev qeyd edib ki, mərkəzləşmiş imtahanın ilk növbədə forması tapılmalı, qaydalar müəyyənləşdirilməlidır: "Bildiyiniz kimi buraxılış imtahanları 3 fənn üzrə keçirilir ki, onların sayı artırılmalıdır. Lakin elə artırılmalıdır ki, imtahan verənlər həm texniki, həm humanitar, həm iqtisadi, həm də qabiliyyət tələb edən sahələrə qəbul ola bilsin. Burada da qabiliyyət imtahanları əlavə keçirilməlidir. Ümumilikdə imtahanların mərkəzləşmiş qaydada keçirilməsi o qədər də çətin proses deyil. Düşünürəm ki, bu qayda indiki imtahanlardan daha müsbət nəticə verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB