Azərbaycanın ilk özəl ali təhsil ocaqlarından biri olan Qərb Universiteti maraqlı, həm də təhsilin keyfiyyətini inkişaf etdirməyə hesablanmış təşəbbüs irəli sürüb. SİA-nın verdiyi məlumata görə, Universitetin keçirəcəyi müsabiqə tələbələrin elmə yaradıcı yanaşma bacarıqlarını müəyyən etmək və onlara düzgün istiqamət verməkdən ibarətdir.
"IF I WERE…" adlı inşa müsabiqəsinin bitməsinə 10 gün qaldı.
Müsabiqə 2 turdan ibarətdir. I turda ingilis dilinin səviyyəsinin mükəməlliyi və inşanın məzmunu dəyərləndirilərək 5 ən yaxşı inşa seçilir. Yekun qalibi müəyyən etmək üçün II tur keçirilir.
Müsabiqənin şərtləri: inşa 3 səhifədən az olmamalıdır (Times New Roman, 14 şriftlə, 1,5 intervalla çap edilməli).
Müsabiqədə Qərb Universitetinin bütün tələbələri iştirak edə bilər.
Müsabiqənin məqsədi:
1. Tələbələrin yaradıcı düşüncələrini inkişaf etdirmək və ingilis dilinin öyrənilməsini stimullaşdırmaq.
2. Tələbələrin elmə yaradıcı yanaşma bacarıqlarını müəyyən etmək və onlara düzgün istiqamət verməkdən ibarətdir.
Beynəlxalq, respublika və universitet daxili müsabiqələrin qalibi olanlar müvafiq tədris ili üzrə aşağıdakı göstəricilərə əsasən təhsil haqqı ödənişindən azad olunurlar:
- I yerin qalibləri 20%;
- II yerin qalibləri 15%;
- III yerin qalibləri isə 10%.
Ətraflı məlumat üçün:
Ünvan: İstiqlaliyyət 27 - Qərb Universiteti İngilis dili filologiyası kafedrası (III mərtəbə)
Əlaqə: (012) 492 61 63
e-mail: [email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB