BDU-da müəllimlər üçün ərəb dili kurslarına başlanılıb

BDU-da müəllimlər üçün ərəb dili kurslarına başlanılıb

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimləri üçün ərəb dili kurslarına start verilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, məqsəd ərəb ölkələrinin kütləvi informasiya vasitələri ilə bağlı tədqiqat aparan fakültə müəllimləri, magistrantları və doktorantlarının dil bacarıqlarını yüksəltmək, onların həmin ölkələrin tarixi, müasir dövrü ilə bağlı vəsaitlərdən istifadə imkanlarını genişləndirməkdir.

Ərəb dili kursunu Misirdən Bakıya dəvət olunmuş doktor Əşrəf Əbdülqadir Fərəq Mohamed tərəfindən aparılır. O, jurnalistika fakültəsində ərəb dili kursunun başlamasından məmnunlugunu ifadə edib və ərəb dilini qısa müddət ərzində mənimsəməklə bağlı tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə