Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, rektor Elmar Qasımov qonağı salamlayaraq onu görməkdən məmnun olduğunu bildirib.
Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbin fəaliyyət istiqamətlərindən söz acaraq qısa müddət ərzində görülən işlər və islahatlardan danışıb. Elmar Qasımov tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən bəhs edib. O, BANM-in müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq və yerli şirkətlərlə, o cümlədən beynəlxalq qurumlar ilə geniş əlaqələrinin inkişafından söz açıb.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab səmimi qəbula görə təşəkkür edib. Səfir BANM ilə təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına maraq göstərdiyini bildirib. O, Almaniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin yaradılması imkanlarından söz açıb.
Görüşdə, o cümlədən universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda rektor Elmar Qasımov səfirə BANM-in "Fəxri qonaq" diplomunu təqdim etdi. Səfir Ali Məktəbin "Fəxri qonaq" kitabına ürək sözlərini yazıb.
Səfir BANM-in tədris auditoriyalarını gəzərək tələbə-müəllim heyəti ilə də görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB