Azərbaycanda təhsil sahəsində əldə edilən uğurlardan söhbət gedərkən öncə tələbələrin müasir dövrə uyğun şəkildə mütəxəssis kimi yetişməsi əsas tutulur. Qərb Universiteti az sayda universitetlərdən biridir ki, tələbələrin intellektual səviyyəsinin və ixtisaslarına uyğun peşəkarlıqlarının artırılması üçün dərsdən kənar tədbirlər və praktiki təlimlər həyata keçirilir. Universitet belə təhsil metodlarından istifadə edənlərin hətta birincisidir.
Hər həftə universitetin müxtəlif fakültələrində maraqlı tədbirlər və intellektual oyunlar keçirilir. Bu da təbii ki, tələbələrin öz üzərlərində daha ciddi çalışmaları və bilik səviyyələrinin artması ilə yanaşı, intellektual axtarışları üçün stimul yaradır.

Bu yaxınlarda Universitetin İşgüzar-inzibatçılıq fakültəsində, İqtisadiyyat marketinq və menecment kafedrasının tədris etdiyi "İnsan resurslarının idarəedilməsi" fənninin "Heyətin toplanması və seçilməsi" mövzusunda seminar dərsində IV kurs tələbələri üçün işgüzar oyunun təşkil edilməsi diqqət çəkəndir. Praktiki biliklərin artırılmasına yönələn oyunda məhz tələbələr tərəfindən müsahibə üçün xüsusi testlər, anket, psixoloji suallar və s. tərtib olunub. Avropa və Amerika təhsil sisteminin ən qabaqcıl təcrübəsinə əsaslanan belə tədris metodu Azərbaycanda çox az yerdədir və bu, onu deməyə əsas verir ki, Qərb Universitetinin məzunu sabah müstəqil çalışarkən, belə ilkin təcrübə qaynağına sahib olması ilə irəliyə gedə bilir.
İntellektual səviyyənin yüksəldilməsinə hesablanan digər bir yarışma "Qərbin intellektləri" adı altında keçirilib. Elmi-intellektual oyunda şəkilli, musiqili və açıq tipli suallara da yer verilib. Stimulverici nəticə isə odur ki, qaliblərə sertifikatlar təqdim olunub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB