“75 məktəb” layihəsi çərçivəsində “Dəyirmi masa”lar başa çatıb FOTO
75 məktəb" layihəsi çərçivəsində keçirilən "Dəyirmi masa"lara yekun vurulub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, paytaxtın bütün rayonlarını əhatə edən "Dəyirmi masa"lara 600-dən çox iştirakçı qatılıb.
Məktəbləri layihənin istiqamətləri ilə tanış etmək və layihə çərçivəsində görüləcək işlərin müzakirə olunması məqsədilə təşkil olunan "Dəyirmi masa"larda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəb direktorları, direktor müavinləri, Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlər iştirak edib.
"Dəyirmi masa"larda layihəyə cəlb olunan məktəblərin tədris proqramının daha səmərəli təşkili istiqamətində təklif olunan müxtəlif mexanizmlər və keyfiyyətin artırılması üçün nəzarət işinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, BŞTİ 2016-2017-ci tədris ili üzrə fəaliyyətini "Təhsili dəyərə çevirək" devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək 25 yeni layihədən biri də "75 məktəb" layihəsidir.
Layihənin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərləri təbliğ etməkdən ibarətdir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB