Azərbaycan Dillər Unviersitetində (ADU) universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev "Sabah" qrupunda təhsil alan tələbələrlə görüşüb. SİA-nın verdiyi məlumata görə, prorektor Əfqan Abdullayev "SABAH" layihəsinin təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü əsasında həyata keçirildiyini deyərək bu layihənin özünü doğrultduğunu və müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasında böyük rol oynadığını bildirib.
Bu qruplarda oxuyan tələbələrin seçilmişlərin seçilmişləri olduğunu deyən Ə.Abdullayev onlara dərs deyən müəllimlərin də öz sahəsinin tanınmış mütəxəssisləri olduğunu qeyd edib.
Universitetin professor-müəllim heyətinin iştirak etdiyi görüşdə tələbələrin dərsə davamiyyət məsələləri ilə bağlı mövcud vəziyyət, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, tədris prosesinin maddi-texniki bazasının gücləndirilməsi və digər məsələlər müzakirə olunub.
"Sabah" qrupunda təhsil alan tələbələrin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB