"İxtiraçılıq sahəsinin inkişafına diqqət artırılmalıdır"

"İxtiraçılıq sahəsinin inkişafına diqqət artırılmalıdır"

"Bugünkü şəraitdə ixtiraçılıq sahəsinin inkişafına və bu sahədə əqli mülkiyyət hüquqlarının qorunmasına diqqət artırılmalıdır" SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktur müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti" mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün ali təhsil müəssisələrindən əsas gözləntilər elm və bilik məbədi kimi fəaliyyət göstərməklə kifayətlənmir: "Onlar həm də yaradılan bilik və texnologiyaları tətbiq etməklə iqtisadi artım mərkəzlərinə sürətlə çevrilirlər. İstənilən elmi fəaliyyətin həyata keçirilməsi üçün cəmiyyət, dövlət, biznes strukturları tərəfindən alətlər təqdim edilməlidir. Burada həm maddi, həm də qeyri-maddi alətlər nəzərdə tutulur. İstənilən texnologiyanın gündəlik həyatda tətbiqi təmin edilmədən onun dəyəri yalnız bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislər üçün önəmli olaraq qalır, lakin ölkənin inkişafında rolu məhdud qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə