Nazir: "Bakı Mühəndislik Universitetinin yaradılması digərlərinin ləğvinə zəmin yaratmayacaq" AÇIQLAMA

Nazir: "Bakı Mühəndislik Universitetinin yaradılması digərlərinin ləğvinə zəmin yaratmayacaq" AÇIQLAMA

"Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq. Bununla bağlı deyilənlər sadəcə şayiədir". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında eyib.

Onun sözlərinə görə, universitetin müvafiq maddi texniki baza yaradılacaq: "Yeni rektor təyin olunacaq. Tədris planları hazırlanacaq. 2017/2018-ci tədris ilində universitetin tam həcmdə fəaliyyətə başlamalıdır. Universitetin hansı ünvanda olması ilə bağlı müzakirələr aparılır, müxtəlif təkliflər hazırlanır". Xatırladaq ki, noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb. Ölkəmizdə mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə imzalanan Sərəncamda deyilir ki, Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən, müasir tələblərə uyğun yeni ali təhsil müəssisəsinin təsis edilməsi zərurətini meydana çıxarıb. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək Bakı Mühəndislik Universiteti ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirəcək, fundamental və tətbiqi elmi tədqiqatlar aparacaq. Sərəncama əsasən, Nazirlər Kabineti Bakı Mühəndislik Universitetinin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Prezidentinə təqdim etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə