Bakıda "Gələcəyini qur layihəsi: ikinci ilin nailiyyətləri və gələcək planlar" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən layihənin rəhbəri Bəhruz Hidayətzadə bildirib ki, qeyd edilən layihənin əsas məqsədi Azərbaycan cəmiyyəti üçün layiqli vətəndaş yetişdirmək, gənclərə təhsil verimək, onların ali məktəblərə hazırlığı olub: "Hesab edirik ki müəyyən nəticələr əldə edə bilmişik. Hədəf qrupumuz oxumağa həvəsi olan, lakin məhdud imkanlara sahib, yəni aztəminatlı ailələrdən olan uşaqlardır. Onların seçilməsi isə uzun bir prosesdir. Çünki seçin üçün ciddi tələblərimiz var".
B.Hidayətzadə əlavə edib ki, dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda çətin durumda olan ailələr var: "Vətəndaş sektorunun belə ailələrin yanında olması yaxşı haldır. Layihəmizə uyğun olaraq seçilmiş uşaqlar bir il ərzindı hazırlıqlara gedir. Bu prosesə çox ciddi yanaşılır. Uşaqların davamiyyətinə, haqırlıq səviyyəsinə, nəticələrinə baxırıq. Biz onları, həmçinin ədalətli, məsuliyyətli olmağa, öz üzərlərində çalışmağa çağırırıq. Bunlar bizim dəyərlərimizdir".
B.Hidayətzadə onu da əlavə edib ki, "Gələcəyini qur" layihəsinin həyata keçirilməsi ideyası 2013-cü ildə yaranıb: "Cəmiyyət üçün faydalı olan bir layihə düşünərkən, ağlımıza ilk olaraq təhsil gəldi. Təhsil uğurlu, faydalı olmaq deməkdir. Layihə yeni başlayanda iki rayonda, sonra isə beş rayonda icra olunmağa başladı".
Daha sonra layihəyə seçim barədə məlumat verilib. Qeyd edilib ki, seçim prosesində üç meyar- ailənin sosial durumu, gənclərin bilik və intellekt səviyyəsi və təhsil almaq istəyi əsas götürülür. Sınaq imtahanı, müsahibələr aparılmaqla seçim edilir.
Tədbirdə əldə edilmiş nailiyyətlər slaydlar vasitəsilə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB